• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Yeniyetmələr niyə aqressivdir?

CƏMİYYƏT

12 Yanvar 2022 | 15:44 | Müəllif: Qalib İbrahimoğlu

Yeniyetmələr niyə aqressivdir?

İki gün əvvəl Bakı şəhəri Səbail rayonunun 162 saylı orta məktəbin 17 yaşlı şagirdi öz sinif yoldaşını bıçaqlayıb. Bıçaqlanan məktəbli hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir. Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Uşaqlarda bir-birinə qarşı bu cür aqressiya hardan qaynaqlanır? Baş verənlərdə valideynmi, məktəbmi, cəmiyyətmi günahkardır?

Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, sözügedən uşaq vaxtında psixoloqa yönləndirilməli idi: “Bu hadisə hamımızı şoka saldı. Bu, bir faciədir. Bu, yalnız o ailənin deyil, ümumi respublika üçün bir faciədir”.

E.Əkbər hesab edir ki, bu olaylar bir günün işi deyil. Dediyinə görə, burda məsuliyyət bir tərəfdən valideynin, digər tərəfdən də onun ətraf çevrəsinin üzərinə düşür: “O uşaq psixoterapevtə yönləndirilməli idi ki, biz ona qəzəb kontrolu, emosiaların idarə olunmasını filan öyrədərdik ki, bu qədər aqressiv biri olmazdı”.

Psixoloq məsələnin digər tərəflərindən də söz açıb. “Gəlin, yaddan çıxarmayaq ki, uşağın yaşı neçədir. Bu yaş dövründə oğlan uşaqlarının orqanizmində testosteron ən yüksək faizdə olur. Testosteron da aqressiya yarada biləcək hormondur. Ona görə də həm tibbi, həm də klinik-psixologiya baxımdan da bu uşaq risk qrupuna aid idi”.

Müsahibimizin bu yaşda övladı olan bütün valideynlərə məsləhəti var: “Onlar profilaktika məqsədilə psixoterapevt yanına getsinlər ki, sabah belə faciələrlə rastlaşmasınlar. Çünki bu, uşağın xarakterinin, düşdüyü situasiyanın nəticəsidir. Təbii ki, ətraflı araşdırmaq lazımdır ki, növbəti dəfə belə hadisə ilə rastlaşmayaq”. Bu yaşda uşaqlarda qisasalma kimi yalnış düşüncələrin olduğunu deyən E.Əkbər bildiri ki, cəmiyyət olaraq bu məsuliyyət hamımızın üzərinə düşür: “Vaxtında uşaqları mütəxəssisə yönləndirmək lazımdır. Ümumiyyətlə, Avropada olduğu kimi, bizdə də konsultasiya mədəniyyəti olmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026