• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub?

CƏMİYYƏT

22 Sentyabr 2024 | 22:42 | Müəllif: Subhan Mahmudov

Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub?

Yevlax sakininin avtomobillə qəsdən adam vurmasının detalları məlum olub.

Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, aralarında baş verən mübahisə nəticəsində 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov 1985-ci il təvəllüdlü Elvin İbrahimovu avtomobillə vuraraq öldürüb.

Mərhumun bacısı Bahar Sərdarova qətl hadisəsinin qadına görə baş verdiyini bildirib:

"Hadisə ilə bağlı işdə olarkən eşitdim. Elvinin evli olduğunu bilsə də, ondan əl çəkmirdi. Elvin onunla ayrılmaq istədiyini deyən də, qız ona "səni öldürəcəyəm" deyib".

Elvin İbrahimovun bibisi Dursun Atakişiyeva da deyilənləri təsdiq edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Zamin Cavadov həbs edilib.

Qeyd edək ki, Elvin taksi sürücüsü kimi fəaliyyət göstərib və iki övladı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026