• Bakı 12° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Yevlaxda 4 yeniyetmə itkin düşdü - FOTOLAR

CƏMİYYƏT

20 Mart 2023 | 17:53

Yevlaxda 4 yeniyetmə itkin düşdü - FOTOLAR

Yevlaxda 4 yeniyetmə itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxıb və bir daha geri qayıtmayıblar.

“Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur”, - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

27 Mart 2024