Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadlar törədib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Qazangüldə qəsəbəsində körpünü sel aparıb. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan bildirildi ki, hadisə sentyabrın 17-si gecə saatlarında baş verib: “Gələn güclü sel nəticəsində körpünün bənd hissəsini su aparıb. Körpü istifadəsiz vəziyyətə düşüb. Onun bir hissəsi qalıb, digər hissəsini su aparıb”. /Qafqazinfo


jpg-1695115036.jpg)














