• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zaxarova Ermənistan XİN-i məsxərəyə qoydu

DÜNYA

19 Sentyabr 2023 | 16:16

Zaxarova Ermənistan XİN-i məsxərəyə qoydu

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in Rusiya sülhməramlı kontingentinə çağırış etməsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Zaxarova Teleqram kanalında rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurası və Rusiya Sülhməramlı Kontingentini Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırmasına istehza ilə cavab verib.

“Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırır.

Bəs, rəsmi İrəvanın Qarabağı Azərbaycana məxsus olduğunu tanıması necə olsun?”, deyə Rusiya XİN sözçüsü erməni həmkarlarını məsxərəyə qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026