Rusiyalı rep ifaçısı Ptaxa (David Nureyev) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə birgə trek yazıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, bu təklif onun üçün sürpriz olub: "Altı ay əvvəl o, birlikdə yeni trek hazırlamaq təklifi ilə zəng edib. İki həftə əvvəl isə demo versiyası hazır idi".
Zaxarova qeyd edib ki, o, sifarişlə mahnı yazmır. Əvvəlcə o, şeirlər yazır, sonra ifaçılar onlara mahnılar yazdırırlar.