• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zaxarova "suyu bulandırmaq" istəyir: dili sülh deyir, əməli isə...

SİYASƏT

14 Dekabr 2023 | 15:42 | Müəllif: Qalib İbrahimoğlu

Zaxarova "suyu bulandırmaq" istəyir: dili sülh deyir, əməli isə...

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Bakı və İrəvan arasındakı sülh prosesinə töhfə vermək, dəstək göstərmək niyyətini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda daha çox ikitərəfli təmaslardan danışılır. 7 dekabrda baş tutan ikitərəfli razılaşma da bunun başlanğıcı sayılır. O baxımdan bəzi ekspertlər Rusiya rəsmisinin açıqlamasını Moskvanın prosesə müdaxilə cəhdləri kimi dəyərləndirirlər. Hesab edilir ki, Kreml Bakı ilə İrəvan arasında ikitərəfli görüşləri sakit və hərəkətsiz qarşılamayacaq.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Rusiya Cənubi Qafqazda qalmaq üçün bütün vasitələrdən istifadə edir.

Ekspertin sözlərinə görə, bu vasitələrin arasında tərəflər arasında gərginlik və qarşıdurmanın bitməməsi, anlaşmaların maksimum dərəcədə sabotaj edilməsi, prosesin ləngidilməsi və s. məsələlər var. S.Hümbətov qeyd edib ki, Rusiya üçün Cənubi Qafqazda sülhün olması qəbuledilməz hal kimi dəyərləndirilə bilər: “Amma tərəflərdən də çox şey asılıdır. Burada əsas məsuliyyət Ermənistan və Azərbaycanın üzərinə düşür. Tərəflər Rusiyadan fərqli mövqe tutacaqları və Moskvanın bəyanlarına diqqət yetirməyəcəkləri təqdirdə daha rahat anlaşa biləcəklər. Təkcə Rusiyaya aid deyil, ümumiyyətlə digər güclərə də aiddir. Yəni öz fikirləri ilə öz dəri, ikili danışıqlar aparmaqla, məncə, prosesləri idarə etmək mümkündür".

Həmsöhbətimiz vurğulayıb ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda özünün varlığını qorumaq üçün bütün addımları atıb və bundan sonra da atacaq: "Tərəflərin Rusiyanın mövqeyini nə qədər neytrallaşdıra biləcəkləri bir-biri ilə anlaşmasından asılıdır. 7 dekabr birgə bəyanatı göstərdi ki, iki ölkə qarşılıqlı danışa bilərlər. Yəni kənar vasitəçi olmadan müzakirə apara bilirlər. Rusiya bütün imkanları ilə özünü prosesə soxmaq istəyir. Çünki razılaşmalar Rusiyanın maraqlarına xidmət etmir. Təkcə Rusiyanın yox, ABŞ-nin də maraqlarına ziddir. Qafqazda sülh istədiklərini iddia etsələr də, reallıqda əksini arzulayırlar. Mariya Zaxarovanın da açıqlaması tərəflərə, daha çox Ermənistana mesajdır ki, "sən nə etsən də, hara üz tutsan da, sonunda biz varıq". Amma İrəvan qətiyyətli və iradəli olarsa, kənar güclərin müdaxiləsi də mümkün olar".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026