Ukrayna öz vətəndaşlarının həyatını xilas etməyə çalışır, lakin bu, onun ərazisinin üçdə birini işğalçıya verməyə hazır olması demək deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində deyib.
"Kimsə soruşur: "Sizin üçün nə vacibdir - ərazi, yoxsa xalq?” Necə müqayisə etmək olar? Əlbəttə, insanlar vacibdir, lakin bu, o demək deyil ki ərazilərimizin 30 faizini ruslara güzəştə getməliyik”, - deyə Zelenski bildirib.
Zelenski vurğulayıb ki, işğalçı ilə münaqişənin dondurulması müharibədən yaxşı çıxış yolu deyil.