Rəsmi Ukrayna Vladimir Putinlə Hindistan Baş nazirinin görüşünü pisləyib
Bakıvaxtı.az xəbər verir ki, Vladimir Zelenski bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modinin görüşünü pisləyib.
Bildirib ki, hindistanlı həmkarının Moskvaya səfəri sülh səyləri üçün sarsıdıcı zərbədir :
"Dünyanın ən böyük demokrat liderinin Moskvada dünyanın ən qanlı cinayətkarı ilə birlikdə görmək böyük məyusluq ifadə edir. Bu, sülh səylərinə sarsıdıcı zərbədir" -, deyə ukraynalı dövlət başçısı əlavə edib.
Əli Hüseynov








jpg-1723094912.webp)






