Ukrayna Prezidenti Vldimir Zelenski Slovakiya Baş naziri Robert Fitsonun görüş təklifinə cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Zelenski X hesabındakı paylaşımında yazıb.
“Görüşməyə razıyam, ancaq bu həftə Kiyevdə. Cümə günü Kiyevə gəlin!”, - Zelenski əlavə edib.
Qeyd edək ki, bu gün Fitso öz Feysbuk hesabında Zelenskini Slovakiya ərazisində - dövlət sərhədi yaxınlığında görüşə dəvət edib.
Baş nazir Rusiya qazının tranzitinin dayandırılmasını müzakirə etmək istədiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı fərqli fikir var.
Son günlər Ukrayna və Slovakiya liderləri arasında fikir ayrılıqları müşahidə edilir. Xüsusilə, Fitso Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpa olunmayacağı təqdirdə sərt tədbirlər görəcəyini bildirib.