• Bakı C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

ABŞ Rusiya vətəndaşını azadlığa buraxdı

DÜNYA

12 Fevral 2025 | 23:19

ABŞ Rusiya vətəndaşını azadlığa buraxdı

ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.

"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - vəkil deyib.

Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.

Bundan əlavə, Ağ Ev ABŞ-ın Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.

Qeyd eək ki, bu gün Tramp və Putin arasında baş tutan telefon danışığlnda məhbus mübadiləsi barədə razılığa gəlinib.


SON XƏBƏRLƏR