• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zelenski Trampla telefon danışığının detallarını AÇIQLADI

DÜNYA

12 Fevral 2025 | 22:57 | Müəllif: Subhan Mahmudov

Zelenski Trampla telefon danışığının detallarını AÇIQLADI

ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı sülhün əldə edilməsinin mümkünlüyü barədə müzakirə apardıq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.

“Trampla uzun söhbətimiz oldu. Komanda şəkilində birgə istəyimizi bildirdik. Biz birlikdə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - deyə Zelenski əlavə edib.

Zelenski bildirib ki, Ukrayna hamıdan çox sülh istəyir.

“Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə ümumi addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin, bunu həyata keçirək. Biz gələcək təmaslar və görüşlər barədə razılığa gəldik”, - deyə Zelenski vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026