• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Zelenskiyə sülh lazım deyil, çünki bu, onun sonu deməkdir”

DÜNYA

03 May 2022 | 16:16 | Müəllif: Subhan Mahmudov

"Zelenskiyə sülh lazım deyil, çünki bu, onun sonu deməkdir”

Ukrayna Prezidenti Vladimir Zelenskiyə sülh müqaviləsi lazım deyil, çünki sülh, onun sonu deməkdir.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedev "Telegram" kanalında yazıb.

"Zelenskiyə heç bir sülh müqaviləsi lazım deyil. Onun üçün sülh sondur: Ya moskvalılarla sövdələşməyə getdiyinə görə nasistlər tərəfindən asılacaq, ya da müharibədə məğlub olan prezident kimi rəqibləri tərəfindən vəzifəsindən uzaqlaşdırılacaq", - Medvedev bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, Ukrayna lideri Qərbdən pul və silah istəməyə davam edəcək, həmçinin, xalqın qayğısına qaldığını imitasiya edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026