• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zəlzələyə görə sürət həddi endirildi

CƏMİYYƏT

03 Sentyabr 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

Zəlzələyə görə sürət həddi endirildi

Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) feysbukda məlumat yayıb.

İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026