• Bakı 17° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı MƏLUMAT

CƏMİYYƏT

25 Aprel 2024 | 18:22

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı MƏLUMAT

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qəbulu ilə bağlı vətəndaşlara texniki köməklik göstərilməsi məqsədilə 3 alternativ qeydiyyat mərkəzi yaradılıb.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, həmin mərkəzlərdən ikisi işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.


SON XƏBƏRLƏR

04 May 2024