• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Zeynal Usubov məşhur restoranda bıçaqlandı

HADİSƏ

12 Iyul 2024 | 17:12

Zeynal Usubov məşhur restoranda bıçaqlandı

Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Usubov Zeynal Mütəllim oğluna bir neçə bıçaq zərbəsi vurulub. 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam edir.

Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar Pravda.az-a açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: “Hollivud” restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər...”

Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub.

***

Əldə etdiyimiz daha bir məlumata görə, Zeynal Usubov hazırda prokurorluqda işləmir. O, 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub.“Qafqazinfo”


SON XƏBƏRLƏR

07 Avqust 2024