• Bakı 24° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“Zirə” Gürcüstan klubuna rəqib oldu

İDMAN

16 Iyun 2026 | 20:56

“Zirə” Gürcüstan klubuna rəqib oldu

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Zirə”nin rəqibi müəyyənləşib.

Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alıb. Komanda ilk raundda "Torpedo" (Kutaisi, Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR