• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

“Zirə” ilk oyunda “Araz-Naxçıvan”a uduzdu

İDMAN

06 Fevral 2025 | 18:10

“Zirə” ilk oyunda “Araz-Naxçıvan”a uduzdu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə penaltidən Bernardu Diaş vurub.

Komandalar arasında cavab matçı fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Günün digər oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.

Bu qarşılaşma ilə 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.


SON XƏBƏRLƏR

06 Fevral 2025