• Bakı 26° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

ABŞ 17 ildə ilk dəfə Britaniyada nüvə silahı yerləşdirdi
DÜNYA
21 Iyul 2025 | 20:20

ABŞ 17 ildə ilk dəfə Britaniyada nüvə silahı yerləşdirdi

ABŞ 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya torpaqlarında nüvə silahı yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “UK Defence Journal” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bir neçə B61-12 termonüvə bombası bu həftə Nyu-Meksikodakı Kirtland Hərbi Hava Qüvvələri bazasındakı Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən Suffolk qraflığındaki hərbi hava qüvvələrinin bazasına köçürülüb.

Bildirilir ki, onlar yeni inşa olunmuş təhlükəsiz anbara yerləşdiriliblər.

ABŞ Müdafiə Nazirliyi və Böyük Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməyib.


SON XƏBƏRLƏR

21 Iyul 2025