• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

ABŞ-dən olan MMA döyüşçüsü: Bakı çox gözəldir, qonaqpərvərlik yüksək səviyyədədir
CƏMİYYƏT
18 Iyun 2025 | 15:18

ABŞ-dən olan MMA döyüşçüsü: "Bakı çox gözəldir, qonaqpərvərlik yüksək səviyyədədir"

ABŞ-dən olan MMA döyüşçüsü Camal Hill Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, idmançı mətbuat konfransında fikirlərini bölüşüb.

O, paytaxtımızı çox bəyəndiyini vurğulayıb:

"Şəhər çox gözəldir. Qonaqpərvərlik yüksək səviyyədədir. Məni ağır döyüş gözləyir. Ancaq qələbə haqqında fikirləşirəm. Görüşə hərtərəfli hazırlaşmışam".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Camal Hill gecənin əsas döyüşündə həmyerlisi Halil Rauntri ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR