• Bakı 23° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
CƏMİYYƏT
06 Iyun 2025 | 20:22

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.


SON XƏBƏRLƏR

06 Iyun 2025