• Bakı 21° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vurub
HADİSƏ
21 Sentyabr 2024 | 15:01

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vurub

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib.

Belə ki, "Bakcell" şirkətinin əməkdaşı olduğu bildirilən Lənkəran rayonu Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov qazıntı işləri apararkən ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR