Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndələri oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək istəyirlər.
Bakıvaxtı.az xəbər verir ki, “Taliban” tədbirdə iştirak üçün Rusiyaya yazılı müraciət edib.
Məktub Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakova Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nuriddin Əzizi tərəfindən ünvanlanıb və o, ölkənin hazırkı hakimiyyət orqanlarının sammitdə iştirakının vacibliyini bəyan edib.
Agentliyə müraciətlə bağlı məlumatı Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin də təsdiqləyib. Onun sözlərinə görə, Əfqanıstan hökumətinin rəhbər şəxsləri BRİKS sammitində iştirakı üçün yazılı müraciət təqdim edib. (azvision.az)