• Bakı 26° C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Atletikin əsas futbolçusu Qarabağla oyunu buraxa bilər
İDMAN
09 Sentyabr 2025 | 10:12

"Atletik"in əsas futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyanın "Atletik" klubunun futbolçusu Niko Uilyams "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda iştirak etməyə bilər.

Bakıvaxtı.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı vinger İspaniya yığmasının düşərgəsində zədələnib.

Bolqarıstan (3:0) və Türkiyə (6:0) komandalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunlarından sonra onun əzələsində problem aşkarlanıb.

"Marca" nəşri oyunçunun təxminan 6 həftəyədək sıradan çıxa biləcəyini yazıb. Uilyamsın yaşıl meydanlara qayıtma müddəti onun sağalmasının gedişatından asılı olacaq. 

Qeyd edək ki, "Qarabağ" bu "Atletik"lə oktyabrın 22-də İspaniyada üz-üzə gələcək.


SON XƏBƏRLƏR