• Bakı 24° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Orta Dəhlizin fəaliyyəti Qazaxıstan və Azərbaycan üçün həyati xarakter daşıyır

SİYASƏT

09 Sentyabr 2025 | 14:53

Orta Dəhlizin fəaliyyəti Qazaxıstan və Azərbaycan üçün həyati xarakter daşıyır

Qazaxıstan və Azərbaycan kimi dövlətlər üçün Orta Dəhliz strateji önəm daşıyır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə Qazaxıstandakı Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erlich bildirib.

    Onun sözlərinə görə, Mərkəzi Asiya biznes dairələri üçün həm xammal, həm də hazır məhsullar baxımından sabit və etibarlı ixrac yollarının mövcudluğu olduqca mühümdür:

    "Qazaxıstan hazır məhsulların, xüsusilə də neft-kimya sənayesinin inkişafına böyük diqqət ayırır. Yəni, söhbət yalnız xam neftdən yox, həm də kimya və neft-kimya sahəsində istehsal olunan məhsullardan gedir. Müxtəlif nəqliyyat marşrutlarının mövcudluğu olduqca dəyərli faktordur. Bununla yanaşı, idxal edilən mallar üçün də bu dəhliz mühüm rol oynayır. Qazaxıstan və Azərbaycan hər ikisi materiklə əhatələnmiş ölkələrdir. Onların Xəzər dənizinə çıxışı olsa da, yenə də dənizə çıxışı məhdud ölkələr hesab olunurlar. Bu səbəbdən Orta Dəhlizin fəaliyyəti məhz bu cür ölkələr üçün həyati xarakter daşıyır. Çünki həm ixrac, həm də idxal üçün bu yol əvəzsizdir. Bu imkanlardan düzgün istifadə olunsa, onların gələcək perspektivləri olduqca ümidverici ola bilər".


    SON XƏBƏRLƏR