Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclas başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, deputatlar Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üzrə Vaşinqton razılaşmalarını müzakirə ediblər.
İclasda Azərbaycanın bu istiqamətdəki xarici siyasəti yüksək qiymətləndirilib.
Yekunda sədr Sahibə Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib:
"Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında uğur əldə etməyə qadirdir".
Daha sonra "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
***
11:01
Milli Məclisin növbədənkənar sessiyası üzrə xüsusi iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gündəliyə "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusu daxil edilib.
Mina Mikayılova