• Bakı 23° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

SİYASƏT

09 Sentyabr 2025 | 13:16

Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

"İlham Əliyevin fəaliyyətinin əsas istiqaməti xalqımızın arzuladığı torpaqlarımızın işğaldan azad edilməsinə,  qələbəyə  və ədalətin bərqərar olunmasına həsr olunub".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində torpaqlarımızı hərb meydanında işğaldan azad edərək düşmənə kapitulyasiya sənədinə imza atdırılması ilə qələbəyə nail olunmuşduqsa, son 5 ildə isə ədalətin sənəd üzərində təsdiq edilməsi üçün siyasi yollarla mübarizəni davam etdirdik.   

"Dövlət başçımız müharibəni başa çatdığını elan etdiyi ilk gündə hansı şərtləri bəyan etmişdisə, son 5 ildə  mövqeyimiz dəyişilmədən həmin tələblərimizin icrası ilə addım-addım sülhə yaxınlaşdıq".

Deputat qeyd edib ki, Vaşinqton görüşü çərçivəsində imzalanmış sənədlər ədalətin bərpası, tələblərimizin qəbul edilməsi və sülhün paraflaması ilə yeni bir uğur tariximizdir.  

A.Badamov bildirib ki, Bayden Administrasiyasının qərəzli münasibəti üzündən tarixin minimumuna enən Azərbaycan-ABŞ münasibətlərində yenidən əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılıb:

"Təbii ki, dövlət başçımızın yaratdığı şəxsi münasibətlər ikitərəfli münasibətlərdə önəmli rol oynayır. ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə dediyi  “Siz böyük lidersiniz” və “Xalqınız böyük xalqdır” sözləri heç zaman unudulmayacaq. Dünyanın ən qüdrətli dövlətinin başçısı tərəfindən səsləndirilən bu fikirlər vətəni və xalqını sevən, onun gələcəyini düşünən hər bir vətəndaşı sevindirir və qürurlandırır. Dünyanın ən güclü ölkəsinin prezidenti Donlad Trampın  Cənubi Qafqazın lider ölkəsinin rəhbəri barəsində səsləndirdiyi dəyərli fikirlər İlham Əliyevin dünyaşöhrətli siyasətçi, vədinə sadiq lider, etibarlı tərəfdaş, sözü imzası qədər keçərli Prezident olduğunu bir daha təsdiqləyib".
 
Əlavə edib ki, Vaşinqton görüşündə Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsi və Zəngəzur dəhlizinin  açılmasının təsdiqi bizi sülhə daha da yaxınlaşdırıb:

"Tramp yolu adı altında Zəngəzur dəhlizinin açılması regionumuza davamlı sülh və əməkdaşlığın gəlişini dönməz edir.  Zəngəzur dəhlizi əməkdaşlıq marşurtu olacaqdır.  Bu yol Asiyanı Avropa ilə birləşdirməklə yanaşı hətta Ermənistanı da tranzit ölkəyə çevirəcək".

Regionumuza sülhün gəlməsini istəməyən dairələrin öz çirkin niyyətlərini davam etdirməyə çalışdıqlarını deyən millət vəkili söyləyib ki, heç kim Vaşinqton razılaşmaların icra olunmasına qarşı dura bilməz:

"Çünki bu razılaşmalar dövlət başçımızın qeyd etdiyi kimi  dünyanın ən güclü ölkəsində, bir nömrəli ofisdə və qüdrətli prezident Donald Trampın iştirakı ilə razılaşdırılmışdır. Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib. Vaşinqtonda əldə olunmuş razılaşmalar həqiqətən Prezident İlham Əliyevin diplomatiyasının və müdrik liderliyinin təntənəsidir.  Dövlət başçımızın  rəhbərliyi altında xalqımız sülh və firavanlıq içində yaşayacaq, Cənubi Qafqaz isə münaqişələri arxada qoyan əməkdaşlıq regionuna çevriləcəkdir".

Mina Mikayılova


SON XƏBƏRLƏR