• Bakı 20° C

    10.03 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Dələduzluqda ittiham olunan şirkət direktoru və digərlərinin cəzası azaldılıb
HADİSƏ
09 Sentyabr 2025 | 15:48

Dələduzluqda ittiham olunan şirkət direktoru və digərlərinin cəzası azaldılıb

"AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, işçiləri Sənan Quliyev və Telman Fətəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər veri ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərar əsasən, təqsirləndirilən Ruhəddin Cabbarovun cəzası 2 ilə, Telman Fətəliyevin 6 ilə, Sənan Quliyevin cəzası isə 7 il 4 aya endirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ruhəddin Cabbarov 3 il, Telman Fətəliyev 6 il 6 ay, Sənan Quliyev 8il müddətə azadlıqdan məhrum edilmişdi.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçirməkdə ittiham olunurlar.

    Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib. Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.


    SON XƏBƏRLƏR