Fransada xəstələri sonradan xilas etmək üçün zəhərləyən həkimin məhkəməsi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, anestezioloq işləyən Frederik Peşye xəstələri reanimasiyaya salmaqdan həzz aldığını deyib. Vəziyyəti ağır olan xəstələr kifayət qədər olmadığından həkim dərman vasitəsi ilə lazımi vəziyyətə gəlmək üçün onlara bir az “kömək etdi”yini deyən Peşye sonra hamının gözü qarşısında onları xilas edirmiş.
Polisin məlumatına görə, Peşye 30 nəfəri zəhərləyib. Lakin o, cəmi 18 nəfəri xilas edə bilib. Onu ömürlük həbs cəzası gözləyir.