Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.
O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.
Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.
***21:32
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab bərabərləşib.
Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada ev sahibləri bərabərlik qolunu vurub.
72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib.
***21:12
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.
51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.
***21:03
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.
Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
***20:50
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən matçda birinci yarıda qapılara qol vurulmayıb.
Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
***20:00
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna matçına start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionuda keçirilir.
Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.