• Bakı 32° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi

CƏMİYYƏT

09 Sentyabr 2025 | 10:33

Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə meliorator alim, texnika elmləri doktoru, professor Bəhrəm Əliyev Ekologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib..

Digər əmrlə o, Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktor müavini təyin edilib.

Qeyd edək ki, 2 sentyabr 1955-ci ildə anadan olan Bəhrəm Əliyev 2019-cu ildən Ekologiya İnstitutunun direktoru vəzifəsini tuturdu. O, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026