Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzza ilə bağlı üzv dövlətlər arasında ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, bu parçalanma İsrailə qarşı sanksiyalar və Fələstin Dövlətinin tanınması kimi məsələlərdə vahid addım atmağa mane olur.
Kallas qeyd edib ki, İsrail hökumətinə təzyiq göstərmək üçün variantlar mövcuddur, lakin konsensus çatışmazlığı səbəbindən proses ləngiyir.
Onun sözlərinə görə, Avropa dəyərlərinin müdafiəsi kollektiv məsuliyyət tələb edir və diplomatik səylər davam etdirilməlidir.
Kallas əlavə edib ki, İsrailin xarici işlər naziri ilə görüşündə beynəlxalq QHT-lərlə bağlı prosedurlar müzakirə olunub və bunun üçün müddət dekabradək uzadılıb.
Əli Hüseynov