• Bakı 20° C

    10.03 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Rusiya polisindən azərbaycanlıya qarşı qeyri-insani rəftar - yerə yıxıb... - VİDEO
DÜNYA
09 Sentyabr 2025 | 15:37

Rusiya polisindən azərbaycanlıya qarşı qeyri-insani rəftar - yerə yıxıb... - VİDEO

Rusiyada hüquq-mühafizə orqanlarının sıravi azərbaycanlılara qarşı vəhşilikləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə Sankt-Peterburq şəhərində təhlükəsizlik qüvvələrinin bir qrup əməkdaşı azərbaycanlı olduqları iddia edilən iki nəfərə qarşı zorakılıq tətbiq ediblər.

Sosial şəbəkədə yayılan videolardan aydın görünür ki, polis kimləsə danışan şəxsin (azərbaycanlı olduğu bildirilir – red.) telefonunu vuraraq, qəsdən əlindən yerə salır. Azərbaycanlı onun bu hərəkərtinə reaksiya vermək istədiyi an orada olan digər polislər də onun üstünə tökülüşüb yerə yıxır və döyürlər.

Görüntülər Rusiya Teleqram kanallarında yayılıb.

 


SON XƏBƏRLƏR