• Bakı 13° C

    16.37 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk
DÜNYA
26 Oktyabr 2025 | 14:00

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Azərbaycan Rusiya məhsullarının Ermənistana daxil olmasına icazə verməyə hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“İki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqlədi. Bu baxımdan, biz də çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Eyni zamanda, bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”, - Overçuk bildirib.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025