Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qanunu Prezident İlham Əliyev imzalayıb.
Qanunla 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.