• Bakı 20° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“Azərsun Holdinq” ən yaxşı idarə olunan şirkətlərdən oldu
İQTİSADİYYAT
07 Iyun 2025 | 18:33

“Azərsun Holdinq” ən yaxşı idarə olunan şirkətlərdən oldu

“Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə qaliblər arasında ölkəmizin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” də yer alıb.

Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib.


SON XƏBƏRLƏR