• Bakı 13° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi
İDMAN
03 Noyabr 2025 | 01:00

“Barselona”nın sabiq futbolçusu BƏƏ klubuna keçdi

İspaniya hücumçusu Kristian Telyo BƏƏ-nin ikinci divizionunda çıxış edən “Palm City” klubuna transfer olunub. 

Bakıvaxtı.az xəbər verir ki, klub bu barədə sosial şəbəkədə məlumat paylaşıb. “Palm City” ölkənin əsas liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Klub Telyonun təcrübəsinin bu məqsədə çatmaqda komandaya kömək edəcəyinə ümidlidir.

Qeyd edək ki, Telyo “Barselona” və “Espanyol”un yetirməsi olub. “Barselona” ilə İspaniya çempionu, kubok və superkubok qalibi olub.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025