• Bakı 13° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Beyinə zərər verən qidalar açıqlandı
CƏMİYYƏT
03 Noyabr 2025 | 00:51

Beyinə zərər verən qidalar açıqlandı

ABŞ-də aparılan yeni araşdırma beyin sağlamlığı üçün ən zərərli qidələrin ultra işlənmiş ət məhsulları və şəkərli içkilər olduğunu göstərib.

Bakıvaxtı.az xəbər verir ki, Virginia Tech Universitetindən alimlərin həyata keçirdiyi tədqiqatda, bu qidalardan gündə bir porsiya artıq istehlak edən insanlarda Alzheimer və digər demans növləri daxil olmaqla şüur pozuntusu riskinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib.

Araşdırmada 55 yaş və yuxarı 4 750 ABŞ vətəndaşı 7 il ərzində izlənib. İştirakçıların 2014-2020-ci illər arasında hər iki ildə bir dəfə zehni vəziyyətləri qiymətləndirilib.

Ultra işlənmiş heyvan mənşəli məhsullardan (sosis, salam, hazır ətli pizzalar və s.) gündə bir porsiya artıq qəbul edənlərin şüur pozulma riski 17% artıb.

Şəkərli içkilərdə (qazlı içkilər, şəkərli buzlu çaylar, meyvəli içkilər) risk nisbətən daha az olsa da, gündə bir porsiyon artıq içənlərdə 6% artıb.

Araşdırmada maraqlı bir məqam da qeyd olunub: ümumi ultra işlənmiş qida istehlakı ilə şüur pozuntusu arasında əhəmiyyətli əlaqə tapılmasa da, xüsusilə ət məhsulları və içkilər beynin sağlamlığı üçün ən mənfi təsiri göstərib. Digər şirniyyat, qəlyanaltı, taxıl və süd əsaslı hazır məhsullarda isə belə əlaqə müşahidə edilməyib.

Virginia Tech-dən qidalanma professoru Brenda Davy bildirir:

"Dəyişdirilə biləcək şeylər var. Əsas olan çox yeməmək və qidalanma seçimlərində balanslı davranmaqdır."

Tədqiqat nəticələrinə görə, 2020-ci ildə ABŞ evlərində alınan qidaların 65%-i, içkilərin isə 38%-i ultra işlənmiş məhsullardan ibarət olub. Həm gənclər, həm də yetkin insanlar gündəlik kalorinin yarısından çoxunu bu məhsullardan əldə edirlər.

İnsan inkişafı üzrə ekspert Ben Katz əlavə edir: "Diyetə əməl etmək bir şeydir, amma insanlara o diyeti hazırlama bacarığını öyrətmək tam başqa bir şeydir."

Ekspertlər bildirir ki, ultra işlənmiş ət məhsulları və şəkərli içkilərin azaldılması beyin sağlamlığını qorumaq üçün ən sadə və effektiv addımlardan biridir.

Araşdırmanın nəticələri American Journal of Clinical Nutrition jurnalında yayımlanıb./Milli.az


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025