• Bakı 16° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

“Birinci qızımla xanımıma zəng etdim” - Özgür Özəldən ilk AÇIQLAMA
DÜNYA
04 May 2025 | 17:04

“Birinci qızımla xanımıma zəng etdim” - Özgür Özəldən ilk AÇIQLAMA

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl məruz qaldığı fiziki zorakılıqdan sonra ilk dəfə açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Özgür Özəl bunu “siyasətə olunan hücum” adlandırıb:

“Hadisədən sonra birinci qızımla xanımıma zəng etdim. Onlara işimin başında olduğumu bildirdim. Qızım nigaran qaldığı üçün ona baş çəkdim.

Liderlər həbs olundu, qarayaxma cəhdləri oldu. “Çirkli” məlumatlar ətrafda uçuşur. Zəng edib qınayırlar. Mən bunu siyasətə hücum kimi də qiymətləndirirəm. Nə olursa olsun, biz zorakılığa göz yummamalıyıq. Qütbləşmə heç kimə fayda vermir. Hücumlar bizi ruhdan salsaydı, sədrliyə talib olmazdıq”.


SON XƏBƏRLƏR

03 May 2025