• Bakı 22° C

    5.9 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Cənubi Koreyanın Prezidenti Trampla qolf oynayacaq
DÜNYA
06 Iyun 2025 | 20:52

Cənubi Koreyanın Prezidenti Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətçi üzləşdikləri siyasi motivli sui-qəsd cəhdlərini müzakirə ediblər.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Cənubi Koreya liderinin Administrasiyası məlumat yayıb.

İki ölkə liderləri arasında ilk telefon danışığı iyunun 6-da baş tutub. “Prezident Donald Tramp Prezident Li Çje Myonu ABŞ-yə dəvət etdi. Li Çje Myon cavab verdi ki, Koreya Respublikası və ABŞ arasında xüsusi müttəfiqlik əlaqələri olduğundan onlar tez-tez görüşüb məsləhətləşməlidirlər”.

"Prezidentlər ikitərəfli alyansın inkişafı naminə sıx əlaqə saxlamaq məqsədilə istər çoxtərəfli məkanlarda, istərsə də ikitərəfli səfərlərdə mümkün qədər tez görüşməyə razılaşıblar", - Koreya Respublikası Prezidentinin Administrasiyasından bildirilib.

Xatırladaq ki, Cənubi Koreyanın yeni Prezidenti Li Çje Myon növbədənkənar seçkilərdə qələbə qazandıqdan dərhal sonra, iyunun 4-də vəzifəsinin icrasına başlayıb./report


SON XƏBƏRLƏR

06 Iyun 2025