Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, iyulun 14-də parlamentin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.
İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb. Deputatlar iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Mina Mikayılova