• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim keçirilib
CƏMİYYƏT
14 Iyul 2025 | 17:55

DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən DOST könüllüləri üçün məişət zorakılığı ilə mübarizəyə dair təlim təşkil olunub.

Agentliyin İctimaiyyətlə laqələr və kommunikasiya şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlim müvafiq sahədə maarifləndirmə tədbirlərinin təşkili prosesinə könüllülərin cəlb edilməsi məqsədi daşıyıb. İştirakçılara məişət zorakılığının hüquqi, sosial və psixoloji aspektləri izah olunub, zorakılığa məruz qalan şəxslərlə işləmə bacarıqlarının formalaşdırılması və müdafiə mexanizmləri haqqında məlumatlar verilib.

Təlim zaman məişət zorakılığının növləri, yaranma səbəbləri və risk amilləri müzakirə edilib. Eləcə də, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun, mühafizə orderlərinin tətbiqi mexanizmi, sığınacaqlar və sosial xidmət imkanlarından danışılıb. Könüllülər zorakılığa məruz qalan şəxslərin müraciət edə biləcəyi qaynar xəttlər barədə də məlumatlandırılıblar.

Təlim interaktiv formada təşkil olunub, iştirakçılarla real situasiyaların müzakirəsi aparılıb və onlara qrup tapşırıqları verilib.


SON XƏBƏRLƏR