• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Real Liverpulun daha bir futbolçusunu heyətinə qatmaq istəyir
İDMAN
14 Iyul 2025 | 17:41

"Real" "Liverpul"un daha bir futbolçusunu heyətinə qatmaq istəyir

İspaniyanın "Real" klubu İngiltərənin "Liverpul" komandasında çıxış edən daha bir futbolçunu transfer etmək istəyir.

Bakıvaxtı.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi yarımmüdafiəçi Aleksis Makallisterlə maraqlanır.

Baş məşqçi Xabi Alonso 26 yaşlı oyunçunu bəyənir. İspan mütəxəsisin fikrincə, argentinalı futbolçu Luka Modriçi əvəzləməyə ən real namizəddir.

Lakin argentinalı dünya çempionunun qiyməti bu keçidə mane ola bilər. "Liverpul" oyunçu ilə vidalaşmaq istəsə, onun üçün ən azı 100 milyon avro tələb edəcək.

Qeyd edək ki, "Real" yay transfer dönəmindən "Liverpul"la müqavilə müddəti bitən Trent Aleksander-Arnoldu heyətinə qatıb.


SON XƏBƏRLƏR