UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.
Bakıvaxrı.az-ın məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
22:11
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
Bakıvaxtı.az məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
21:54
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk hissə bitib.
Bakıvaxtı.az-ın məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
21:15
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabı açıb - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
21:04
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Lublin Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
Bakı 











