• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Emin Əmrullayev: “Məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir
CƏMİYYƏT
24 Iyun 2025 | 11:52

Emin Əmrullayev: “Məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir"

Təhsil naziri Emin Əmrullayev məktəbli formaları ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib. 

Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, məktəbli geyimləri ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.

Nazirin sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir və mövcud qaydalar qüvvədə qalacaq:

“Məktəbli formaları ilə bağlı müvafiq normativ baza mövcuddur. Bu sahədə hər hansı dəyişiklik gündəmdə deyil".

Əli Hüseynov


SON XƏBƏRLƏR