• Bakı 20° C

    0.29 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Trampdan İsrailə çağırış: Pilotlarını dərhal evə qaytar! - YENİLƏNİB

DÜNYA

24 Iyun 2025 | 15:52

Trampdan İsrailə çağırış: Pilotlarını dərhal evə qaytar! - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs elan edildikdən sonra İsrailin hərəkətlərindən narazılığını bildirib və Təl-Əvivi "sakitləşdirməli" olacağını etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"İsrailin sakitləşməsinə ehtiyacımız var, çünki onlar bu səhər missiyaya çıxıblar. İndi İsrailin sakitləşməsi ilə məşğul olmalıyam. Siz elə ilk saatda malik olduğunuz hər şeyi onlara atmağa başlamırsınız. Bu mənim xoşuma gəlmir... Amma İsrailin bəlkə də səhvən atılan, hətta gəlib çatmayan bir raketə görə səhər yenidən zərbələr endirməyə başlamasından xüsusilə narazıyam", - o vurğulayıb.

***

15:12

ABŞ Prezidenti Donald Tramp İsraili İran ərazisinə zərbələr endirməməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.

"İsrail, bomba atmayın. Əgər bunu etsəniz, bu, ciddi pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın!", - D.Tramp qeyd edib.


SON XƏBƏRLƏR

24 Iyun 2025