• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTOLAR

SİYASƏT

24 Iyun 2025 | 15:42

Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.


Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTOLARPrezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026