İsrail İranı kimyəvi silah hazırlamaqda ittiham edərək Yaxın Şərqdəki münaqişəni qızışdırmağa çalışır.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O bildirib ki, Tel-Əviv Vaşinqtonu yenidən Tehrana hücum etməyə məcbur etmək istəyir.
Əraqçi xatırladıb ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin tərəfi və Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatın (OPCW) üzvüdür:
"İsrail utanmadan İranı belə bir silah hazırlamaqda və əczaçılıq fabriklərində gizlətməkdə ittiham edir. Məqsəd ABŞ-ni aldadaraq onun adından yeni bir müharibə başlatmaqdır. Halbuki Tel-Əviv özü yüzlərlə nüvə başlığına malikdir, regionda yeddi ölkəyə hücum edib və üç ölkənin ərazisini işğal edib".
Gülşən Şərif












