• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın həbsinə maneə törədilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
DÜNYA
27 Iyun 2025 | 15:34

Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın həbsinə maneə törədilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Ermənistan İstintaq Komitəsi güc strukturlarının arxiyepiskop Mikael Acapaxyanı saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.

Bakıvaxtı.az bu barədə Ermənistan mediasına istinadən məlumat verir.

"Onun saxlanılması zamanı bir qrup şəxs hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə maneə törədib, cinayət işi açılıb", - İstintaq Komitəsinin açıqlamasında deyilir.

***

09:55

Bu gün səhər saatlarında 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına soxulub.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan sosial şəbəkələrdə məlumat verib.

Arxiyepiskop təsdiqləyib ki, onun iqamətgahına soxulma cəhdi həqiqətən olub, lakin həmin vaxt o, iqamətgahda olmayıb.


SON XƏBƏRLƏR