• Bakı 23° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Putin: Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq
DÜNYA
27 Iyun 2025 | 18:56

Putin: Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq

Rusiya Ukrayna ilə danışıqların növbəti mərhələsini İstanbulda keçirməyə hazırdır və bu məsələdə göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdardır.

Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya lideri Vladimir Putin Belarusun paytaxtı Minskə səfərinin yekunu üzrə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi daha üç min həlak olmuş hərbçinin meyitini Ukraynaya təhvil verməyə hazırdır.

“Rusiya və Ukrayna mübadilələr başa çatdıqdan sonra təmasları davam etdirəcək”, - deyə Putin iki ölkənin danışıqlar qruplarının rəhbərlərinin daim qarşılıqlı əlaqədə olduqlarını və bir-birlərinə zəng etdiklərini bildirib.


SON XƏBƏRLƏR

27 Iyun 2025